Yuxarı

Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq

Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 12 cüdoçu

İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək. 

"Report" xəbər verir ki, Azərbaycanın həm oğlanlar, həm də qızlardan ibarət cüdo millisinin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festivalda cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. 

Azərbaycan bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.  Bunlar Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq) və Huseyn Məmmədovdur (90+). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi