​Avropa çempionatının gümüş medalçısı: "Növbəti yarışlarda belə səhvlərə yol vermərəm"

​Avropa çempionatının gümüş medalçısı: "Növbəti yarışlarda belə səhvlərə yol vermərəm" Elxan Məmmədov: "Bu, həqiqətən də böyük qələbədir"
Fərdi
26 Aprel , 2016 12:09
​Avropa çempionatının gümüş medalçısı: Növbəti yarışlarda belə səhvlərə yol vermərəm

Bakı. 26 aprel. REPORT.AZ/ "Avropa çempionatı ən güclü yarışlardan biridir. Ən çətin görüşüm yarımfinaldakı rəqibim rusiyalı Denis Yartsevə qarşı oldu. Çünki bütün azarkeşlər ona dəstək verirdi. Buna baxmayaraq, bütün gücümü toplayıb ona qalib gəldim". "Report"un məlumatına görə, bunu Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında qızıl medal qazanmış Rüstəm Orucov (60 kq) Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlərin suallarını cavablandıran idmançılardan Orxan Səfərov finaldakı məğlubiyyətini öz səhvi ilə əlaqələndirib: "Ardıcıl iki il Avropa çempionatında gümüş medal qazanmaq asan deyildi. Keçən il olduğu kimi, bu dəfə də "qızıl"a çox yaxın idim. Hətta deyərdim ki, işin böyük hissəsini görmüşdüm. Çempionluqdan məni bir dəqiqə ayırırdı. Fənd yerinə yetirmək istəyəndə öz səhvim ucbatından yıxıldım. Bundan öncə isə vazari və yuko xalı, eləcə də cərimələrdə öndə idim. Qismət belə gətirdi. Amma medal qazandığım üçün çox sevinirəm. Növbəti yarışlarda belə səhvlərə yol vermərəm".

Komanda yarışında bürünc medalçılardan olan Elxan Məmmədov (+90 kq) komandanın hər bir çəkidə güclü heyətə malik olduğunu söyləyib. O, üçüncü yerin böyük nəticə olduğunu bildirib: "Əlbəttə, komandamız hər bir çəkidə çox güclü heyətə malikdir. Baş məşqçimiz dedi ki, komanda yarışına da qatılmaq lazımdır. Biz də əlimizdən nə gəldisə, onu ortaya qoyduq. Tarixdə ilk dəfə Azərbaycan komandası cüdo üzrə üçüncü yeri tutdu. Bu, həqiqətən də böyük qələbədir. Çünki ilk dəfə olduğu üçün çox çətin idi. Fransalı ilə 3-cü yer uğrunda qarşılaşma da çox çətin keçdi. Amma 3:2 hesabı ilə qalib gəldik. Yığmamızın bütün üzvlərinə, prinsipial qarşılaşmadan qalib ayrılmağı bacardıqları üçün təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi