Avropa çempionatında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Avropa çempionatında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb Milli komanda yarışda 4 idmançı ilə təmsil olunacaq
Fərdi
27 Mart , 2017 14:17
Avropa çempionatında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Bakı. 27 mart. REPORT.AZ/ Aprelin 2-də Xorvatiyanın Split şəhərində start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Report"un Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) qatılacağı yarışda Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Şurası Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılova (94 kq) şans veriblər.

Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi