Atçılığın konkur növü üzrə yeganə 5 qat olimpiya çempionu vəfat edib

Atçılığın konkur növü üzrə yeganə 5 qat olimpiya çempionu vəfat edib Vinklerin ürəyi bu gecə dayanıb
Fərdi
9 İyul , 2018 19:37
Atçılığın konkur növü üzrə yeganə 5 qat olimpiya çempionu vəfat edib

Bakı. 9 iyul. REPORT.AZ/ Atçılığın konkur növü üzrə yeganə 5 qat olimpiya çempionu Hans-Günter Vinkler 91 yaşında dünyasını dəyişib. 

"Report"un N-TV telekanalına istinadən verdiyi məlumata görə, Vinklerin ürəyi bu gecə dayanıb. 

Almaniyalı idmançı 1956-cı il olimpiadasında məşhurlaşıb. O, ciddi zədəyə rəğmən, komanda və şəxsi birincilikdə qızıl medal qazanmağı bacarıb. Çapar karyerası ərzində, ümumilikdə, 12 olimpiya medalı qazanıb. O həmçinin 2 dəfə dünya, bir dəfə Avropa, 5 dəfə Almaniya çempionu olub. 

Karyerasını 1986-cı ildə başa vuran Vinkler kitablar yazıb, habelə HGW idman marketinq firması açıb. O, Almaniyanın federal ordeni və digər nüfuzlu mükafatları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi