Yuxarı

Aslanbek Alborov Avropa çempionatında bürünc medal qazandı

​Aslanbek Alborov Avropa çempionatında bürünc medal qazandı

121

Azərbaycan idmançısı Aslanbek Alborov (86 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.

“Report” xəbər verir ki, Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Gürcüstan idmançısı İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan A.Alborov təsəlliverici qarşılaşmada yerli idmançı italiya təmsilçisini vaxtından əvvəl üstələyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi