Yuxarı

Azərbaycan Qran-prisinin keçirilməsinə dair müqavilənin 3 ilədək uzadılmasının səbəbi məlum olub

Bakı. 5 fevral. REPORT.AZ/ "Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidir".

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.

O bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirlər: "Formula 1"i indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda "Formula" simulyator yarışları keçirilib".

A.Rəhimovun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər: "Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".

Qeyd edək ki, əvvəlki illərdə Tarkan, Kristina Agilera kimi tanınmış müğənnilər Bakıda konsert proqramı ilə çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi