Amerikalı olimpiya çempionu ölü tapılıb

Amerikalı olimpiya çempionu ölü tapılıb Stiven Holkombun hansı səbəbdən öldüyü açıqlanmır
Fərdi
7 May , 2017 01:59
Amerikalı olimpiya çempionu ölü tapılıb

Bakı. 7 may. REPORT.AZ/ 2010-cu ildə bobsley üzrə olimpiya çempionu olmuş amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə hələ ki, məlumat verilmir.

Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var.

Son xəbərlər

Orphus sistemi