AMADA-nın rəhbəri WADA Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclasında iştirak edib

AMADA-nın rəhbəri WADA Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclasında iştirak edib Kanadanın Monreal şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Təşkilatları (MADT) üzrə Məşvərət Qrupunun dünya üzrə milli antidopinq təşkilatları üçün maraq təşkil edən məsələlərə həsr edilmiş iclası keçirilib.
Fərdi
24 Aprel , 2019 17:23
AMADA-nın rəhbəri WADA Milli Antidopinq Təşkilatları üzrə Məşvərət Qrupunun iclasında iştirak edib

Kanadanın Monreal şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Təşkilatları (MADT) üzrə Məşvərət Qrupunun dünya üzrə milli antidopinq təşkilatları üçün maraq təşkil edən məsələlərə həsr edilmiş iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. Rəsmi açıqlamada xatırladılır ki, AMADA-nın rəhbəri Şəfəq Hüseynli daxil olmaqla, dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarət Qrup, qlobal antidopinq ictimaiyyəti daxilində milli antidopinq təşkilatlarına dair WADA rəhbərliyinə ekspert məsləhəti və dəstək göstərmək məqsədilə yaradılıb.

Məşvərət Qrupunun iclasının nəticələrini WADA rəhbərliyi mayın 16-da qurumun Təsisçilər Şurasına təqdim edəcək. Lakin Qrupun gərgin müzakirələrinin bəzi əsas nəticələri artıq WADA tərəfindən bu yaxınlarda mətbuat üçün açıqlanıb. Qrup təmiz idmanın müdafiəsi naminə idmançılarla işin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb və milli antidopinq təşkilatları icmasını idmançıları dopinqlə mübarizəyə necə ən yaxşı cəlb etmə yollarını nəzərdən keçirməyə və müəyyən etməyə çağırıb. Qrup, həmçinin növbəti iclasda müzakirə edilməsi məqsədilə milli antidopinq agentliklərinin idmançılarla əməkdaşlığına dair müzakirə üçün sənəd hazırlayacaq.

Qrup, WADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə riayətin monitorinqi üzrə indiyə qədər gördüyü gərgin işi yüksək qiymətləndirib və Riayətin Monitorinqi Proqramının, bütün antidopinq təşkilatları üçün məcburi tələblərin gücləndirilməsi daxil olmaqla WADA-nı indiyə qədər öyrənilmiş dərsləri icmal etməyə, proqramı qiymətləndirməyə və tələb olunduqca təkmilləşdirməyə sövq edən həlledici rolunu vurğulayıb.

Məşvərət Qrupu, həmçinin 2021-ci il üçün Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların icmalı üzərində işin gedişi və irəlləyiş münasibəti ilə WADA-nı və Məcəllənin tərtibatı üzərində işləyən qrupu təbrik edib, Məcəllə və Beynəlxalq Standartlara təklif edilən dəyişikliklərin qlobal antidopinq proqramının təkmilləşdirilməsində böyük rol oynayacağına inamını bildirib.

Əlavə olaraq, Qrup üzvləri antidopinq proqramının inkişafının WADA və antidopinq ictimaiyyəti üçün əsas prioritet kimi əhəmiyyətini vurğulayıb və milli antidopinq təşkilatlarını qlobal olaraq bir-birinə zəruri struktur və proqramların yaradılmasında yardımçı olmağa çağırıb.

Qrup inanır ki, milli antidopinq təşkilatlarının heç bir kənar təsir və ya təzyiq olmadan Məcəllə və Beynəlxalq Standartlara uyğun müstəqil qərar qəbul etmək qabiliyyəti həlledici məsələdir. Milli antidopinq təşkilatları daxil olmaqla, bütün antidopinq təşkilatlarının əməliyyat müstəqilliyi zəruri şərtdir, daha geniş müstəqillik isə can atılmalı bir məqsəd olmalıdır. 

Son xəbərlər

Orphus sistemi