AMADA-nın rəhbəri daha bir vəzifəyə seçildi

AMADA-nın rəhbəri daha bir vəzifəyə seçildi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə Daimi Komitəsinin (WADA Education Standing Committee) üzvü seçilib.
Fərdi
2 Aprel , 2020 01:15
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə Daimi Komitəsinin (WADA Education Standing Committee) üzvü seçilib. 

AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə WADA İcraiyyə Komitəsi qərar qəbul edib. Ş.Hüseynlinin 12 nəfərdən ibarət olan Təhsil üzrə Daimi Komitənin üzvlüyünə namizədliyi fevralda yekdil qərara əsasən, WADA-nın prezidenti, baş direktoru və bu Komitənin sədri tərəfindən seçilərək agentliyin rəhbər orqanına rəsmi təyinat üçün irəli sürülüb. Martın 30-da isə səsvermə yolu ilə onun namizədliyini İcraiyyə Komitəsi təsdiqləyib.

WADA-nın strukturuna əsas orqan olan və dopinqlə mübarizənin müxtəlif sahələri üzrə siyasi və strateji idarəçiliyi həyata keçirən cəmi 5 belə Daimi Komitə (Standing Committees) daxildir. Təhsil üzrə Daimi Komitə təhsil proqramları ilə bağlı ekspert məsləhətləri verməklə yanaşı, qısamüddətli strategiyalar və müvafiq fəaliyyət planlarına rəhbərlik edir, eləcə də, antidopinq təhsilinin qlobal tənzimlənməsi ilə bağlı uzunmüddətli siyasəti idarə edir. Komitə, həmçinin WADA-nın maliyyələşdirdiyi sosial elmi layihələr sahəsində aparılan araşdırmaların seçim prosesində iştirak edir. Daimi Komitə tərəfindən verilmiş qərarlar birbaşa WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurası tərəfindən baxılması üçün təqdim olunur.

Qeyd edək ki, Şəfəq Hüseynli eyni zamanda WADA-nın milli antidopinq agentlikləri üzrə məşvərət qrupunun üzvü (WADA NADO Advisory Group), Avropa Şurasının “İdmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini (T-DO HR) və Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa komitəsinin (CAHAMA) gender bərabərliyi məsələləri üzrə rəhbəridir.

Son xəbərlər

Orphus sistemi