Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizə sahəsində maariflərindirici seminarlar keçirməyə davam edir.
“Report”un məlumatına görə, bu dəfə seminarlarda gimnastika və stolüstü tennis ilə məşğul olan idmançılar iştirak ediblər. Tədbirlər Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əməkdaşlıq çərçivəsində baş tutub.
İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər mövzularla bağlı ətraflı məlumat verilib.