Yuxarı

Altıqat olimpiya çempionu karyerasını başa vurub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sürətli konkisürmə üzrə 6 qat olimpiya çempionu Viktor An karyerasını başa vurub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Konkisürmə Federasiyasının prezidenti Aleksey Kravtsov məlumat verib. Federasiya rəhbəri 33 yaşlı idmançının bu qərarı ailə məsələlərinə görə qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, Viktor An 2014-cü ildən Rusiya yığmasının heyətində çıxış edir. Təcrübəli idmançı 6 olimpiya çempionluğunun 3-nü Cənubi Koreya, 3-nü isə Rusiya yığmasının heyətində qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi