Bakı. 6 dekabr. REPORT.AZ/ Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilən Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsindən ayrılacaq.
“Report” xəbər verir ki, bu barədə F.Qayıbov özü məlumat verib.
O, bunu UEG-nin prezidenti seçilməsi ilə əlaqələndirib.
F.Qayıbov baş katib vəzifəsindən azad olunması üçün AGF rəhbərliyinə ərizə ilə müraciət etdiyini söyləyib.
AGF-nin vitse-prezidenti Altay Həsənov isə baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib və bununla bağlı ayın sonunda qərar veriləcəyini deyib.