AİBA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

AİBA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçiriləcək.
Fərdi
12 İyun , 2019 13:52
AİBA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçiriləcək.

"Report" "Around the Rings"ə istinadən xəbər verir ki, toplantı iyunun 27-də təşkil olunacaq.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tanınma statusundan məhrum olunduqdan sonra İK-nın iclasında yeni təşkilat strategiyası hazırlanacaq. Yığıncaqda həmçinin Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyovun təşkilatın 16 milyon dollar məbləğində borclarını ödəməsi təklifi müzakirə olunacaq.

2018-ci il noyabrın 30-da IOC 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsi ilə bağlı planlarını dondurub. Qərarı AIBA ilə bağlı araşdırmalarla əlaqədar IOC-un İcraiyyə Komitəsi qəbul edib.

Qeyd edək ki, İOC mayda boksu "Tokio-2020"də saxlamağı qərara alsa da, AİBA-nı tanınma statusundan məhrum olub. Bu səbəbdən, olimpiadada boks yarışını bu assosiasiya təşkil edə bilməyəcək. 

Son xəbərlər

Orphus sistemi