Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının olimpiadaya lisenziya xarakterli Avropa çempionatı üçün heyəti açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının olimpiadaya lisenziya xarakterli Avropa çempionatı üçün heyəti açıqlanıb Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın yeniyetmələrdən ibarət ağırlıqqaldırma üzrə milli komandası İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək oğlan və qızlar arasında Avropa çempionatına qatılacaq.
Fərdi
17 İyul , 2018 12:27
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının olimpiadaya lisenziya xarakterli Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın yeniyetmələrdən ibarət ağırlıqqaldırma üzrə milli komandası İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək oğlan və qızlar arasında Avropa çempionatına qatılacaq. 

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 22-də start götürəcək turnir 8 gün davam edəcək. 

40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi yarış həmçinin Argentinanın paytaxtı Buenos-Ayres şəhərində baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edəcək. 

Yarışa qatılacaq atletlərin siyahısı:

Oğlanlar 15 yaşa qədər: Şükürzadə Elvin (50 kq), Məmmədov Elşən, Həsənov Fuad (hər ikisi – 56 kq), Əliyev Murad, Nəbiyev Kamil (hər ikisi – 62 kq), Mamayev Yaşar (77 kq), Şükürlü Əli (85 kq), Quliyev Əli (94 kq).

17 yaşa qədər: Cavadov Ömər (50 kq), Alxasov Sale (56 kq), Qasımov Rüstəm, Hüseynov Elməddin (hər ikisi – 62 kq), Əliyev Füqan (69 kq), Alxasov Əlimərdan, Baxışov İsmayıl (hər ikisi – 77 kq), Babayev Tarmenxan (85 kq).

Qızlar15 yaşa qədər: Muxtarlı Günel (44 kq), Qarayeva Selcan (48 kq), İmanova Fazilə (53 kq), Mayılov Səma, Opanasyuk Anna (hər ikisi – 58 kq), Mirzəzadə Fidan (63 kq), Hüseynova Rahilə (69 kq).

17 yaşa qədər: Rzazadə Lalə (58 kq), Hüseynzadə Fidan (69 kq).

Son xəbərlər

Orphus sistemi