Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb Yarışda 100-dək atlet qüvvəsini sınayacaq
Fərdi
17 Mart , 2018 11:33
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Bakı. 17 mart. REPORT.AZ/ Martın 24-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. 

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır.

Qeyd edək ki, yarış iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi