Yuxarı

Azərbaycan ağırlıqqaldıranı yeniyetmələr arasında Avropa rekordu müəyyənləşdirib

Ağırlıqqaldıranımız Avropa rekordçusu oldu

Azərbaycan ağırlıqqaldıranı Rüstəm Qasımov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında rekord müəyyənləşdirib. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qasımov buna 20 yaşadək atletlərin 67 kq çəki dərəcəsindəki mübarizəsində nail olub.

17 yaşlı idmançı birdən 123 kq, təkanla 151 kq ağırlığın öhdəsindən gəlib. Onun birdən qaldırma hərəkətində ram etdiyi 123 kq çəki yeniyetmələrin yeni Avropa rekordudur.

Digər tərəfdən, Qasımov təkanla qaldırmada 151 kq-ın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yeniyetmələr rekordu olan 150 kq-lıq nəticənin yenilənməsi demək idi. Eyni zamanda onun toplamda göstərdiyi 274 kq-lıq nəticə də Avropa rekordu olan 270 kq-ın 4 kq yenilənməsi anlamına gəlib. Təkanla qaldırma və toplamda qeydə alınan rekordlar həmçinin bugünkü yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.

Qeyd edək ki, 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) mübarizə aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi