"Bu, güləşçilərimizin çıxış etdiyi bütün Avropa çempionatlarında ən uğurlu çıxış idi. Pəhləvanlarımız 6 - 2 qızıl və 4 bürünc medal olmaqla, komanda hesabında cüzi fərqlə Rusiyaya uduzdu".
"Report" xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov deyib.
"Təbii ki, gözləntilərimiz daha çox idi. Bu komandada Eldəniz Əzizli, Sabah Şəriəti vardı. Biz onların da yüksək nəticə göstərəcəklərinə ümid edirdik. Ancaq bu idmandır.
Bütün idman ictimaiyyətini qələbə münasibətilə təbrik edirəm. Diqqət və qayğıya görə isə Prezident
AGF-nin vitse-prezidenti gələcək yarışlardan da danışıb. Bildirib ki, qarşıda güləşçilərimizi 2 mötəbər yarış gözləyir: "Martın 19-da, 22-də və apreldə olimpiya təsnifat turnirlərinə hazırlıqlar davam etdiriləcək. Yığma komandada medalsız qalan idmançılar öz çıxışlarından nəticə çıxaracaqlar. Çalışacağıq ki, idmançılarımız 2020-ci il Tokio yay olimpiya oyunlarında nəzərdə tutulan lisenziyaları əldə etsinlər".