AFFA-nın ilk prezidenti Fuad Musayev dəfn olunub - YENİLƏNİB - FOTO

AFFA-nın ilk prezidenti Fuad Musayev dəfn olunub - YENİLƏNİB - FOTO "Təzə Pir" məscidində təşkil olunmuş mərasimdə bir sıra şəxslər iştirak edir
Fərdi
18 İyun , 2017 14:17
AFFA-nın ilk prezidenti Fuad Musayev dəfn olunub - YENİLƏNİB - FOTO
"Report"

Bakı. 18 iyun. REPORT.AZ/ AFFA-nın ilk prezidenti Fuad Musayev dəfn olunub. 

"Report" xəbər verir ki, o, cənazə namazından sonra Yasamal qəbiristanlığında torpağa tapşırılıb. 

Allah rəhmət eləsin!


***13:54

AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi başlanıb.

"Report"un məlumatına görə, "Təzə Pir" məscidində təşkil olunmuş mərasimdə mərhumun yaxınları, AFFA rəhbərliyi, o cümlədən federasiyanın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, futbol veteranları, keçmiş prezident Ayaz Mütəllibov, millət vəkili Vahid Əhmədov, Arif Rəhimzadə və ictimaiyyət nümayəndələri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi