Azərbaycan cüdoçuları Açıq Avropa Kubokunda 4 medal qazanıb

Azərbaycan cüdoçuları Açıq Avropa Kubokunda 4 medal qazanıb Lüksemburqda başa çatan cüdo üzrə Açıq Avropa Kubokunda Azərbaycan millisi 4 medal qazanıb.
Fərdi
30 Sentyabr , 2019 09:31
Azərbaycan cüdoçuları Açıq Avropa Kubokunda 4 medal qazanıb

Lüksemburqda başa çatan cüdo üzrə Açıq Avropa Kubokunda Azərbaycan millisi 4 medal qazanıb. 

"Report"un məlumatına görə, yarışın son günündə yığmanın daha 2 üzvü fəxri kürsüyə yüksəlib. Kişilər arasında 100 kq-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Aslan Mirzəyev isə 100 kq çəkidə bürünc medala yiyələnib. 

Beləliklə milli üzvləri Açıq Avropa Kubokunu 1 qızıl, 3 bürünc medalla başa vurub. Yarışın ilk günündə Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) 3-cü yeri tutub. 

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Son xəbərlər

Orphus sistemi