​ABŞ üzgüçüsü 23-cü dəfə olimpiya çempionu olub

​ABŞ üzgüçüsü 23-cü dəfə olimpiya çempionu olub Birləşmiş Ştatlar komandası dünya və olimpiya rekordu müəyyənləşdirib
Fərdi
14 Avqust , 2016 10:08
​ABŞ üzgüçüsü 23-cü dəfə olimpiya çempionu olub

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ üzgüçüsü Maykl Felps karyerasında 23-cü dəfə olimpiya çempionu olub.

"Report"un məlumatına görə, 31 yaşlı idmançı növbəti nailiyyətə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə kombinə estafet yarışında imza atıb.

Tərkibi Rayan Mörfi, Kodi Miller, Maykl Felps və Natan Adriandan ibarət kvartet finalda finişə 3 dəqiqə 27,95 saniyəyə çataraq, dünya və olimpiya rekordu müəyyənləşdirib. Böyük Britaniya (3:29.24) gümüş, Avstraliya (3:29.93) bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, Maykl Felpsin son yarışı olub. Felps "Rio-2016"da ümumilikdə 5 qızıl, 1 gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi