ABŞ Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

ABŞ Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir Bununla bağlı ABŞ-ın Olimpiya Komitəsinin sədri Larri Probst “Reuters”ə açıqlama verib
Fərdi
14 Oktyabr , 2017 13:13
ABŞ Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ 2026 və ya 2030-cu illərdə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.

“Report” xəbər verir ki, bununla bağlı ABŞ-ın Olimpiya Komitəsinin sədri Larri Probst “Reuters”ə açıqlama verib.

O bildirib ki, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesdə baş tutacağına baxmayaraq, daha bir böyük turniri keçirməkdə maraqlıdırlar: “Daha çox 2030-cu ili düşünürük. Çünki 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı problem olmasın”.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi