ABŞ-da ayı 16 yaşlı marafon iştirakçısını parçalayıb

ABŞ-da ayı 16 yaşlı marafon iştirakçısını parçalayıb Gənc oğlan qaçarkən arxasınca ayı düşdüyü barədə anasına SMS yazıb
Fərdi
19 İyun , 2017 23:37
ABŞ-da ayı 16 yaşlı marafon iştirakçısını parçalayıb
Courtesy İmage

Bakı. 19 iyun. REPORT.AZ/ ABŞ-da qonur ayı 16 yaşlı marafon iştirakçısını parçalayıb.

"Report" xəbər verir ki, bu barədə KTUU məlumat yayıb.

Marafon iştirakçılarından biri yolun meşəlik ərazidən keçən hissəsində yırtıcı heyvanın təqibinə məruz qalıb. Gənc oğlan qaçarkən anasına SMS yazaraq arxasınca ayı gəldiyi barədə məlumat verməyə macal tapıb. Hadisə o, məsafəni yarı etdikdən sonra baş verib. Marafonçunun meyiti könüllülər tərəfindən tapılıb.

Son xəbərlər

Orphus sistemi