28 oktyabr - Dünya Cüdo günüdür

28 oktyabr - Dünya Cüdo günüdür Azərbaycanda da bu idman növünə maraq çox böyükdür
Fərdi
28 Oktyabr , 2017 11:05
28 oktyabr - Dünya Cüdo günüdür

Bakı. 27 oktyabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası (IJF) hər ilin bu gününü “Dünya Cüdo günü” kimi qeyd edir.

"Report"un məlumatına görə, bu, cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) oktyabrın 28-də anadan olması ilə əlaqədardır.

Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən İJF-yə 195 milli federasiya daxildir.

Azərbaycanda da cüdoya maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya çempionu olaraq, tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, "Bakı 2015" I Avropa Oyunlarında, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yüksək nailiyyətlər göstəriblər.

Son iki ildə azərbaycanlı cüdoçular "Rio-2016" Yay Olimpiya Oyunları, Avropa çempionatı, "Böyük Dəbilqə", "World Masters" və "Qran Pri" kimi nüfuzlu yarışlarda medallar qazanıblar. 2016-cı ildə milli komanda Azərbaycan cüdo tarixində ilk dəfə Avropa çempionatının komanda yarışlarında 3-cü yeri tutub. 2017-ci ildə isə ölkə yığması gənclər arasında Avropa birinciliyinin komanda yarışlarında qızıl medal qazanıb.

İngilis versiyası October 28 is World Judo Day

Son xəbərlər

Orphus sistemi