Yuxarı

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub

Olimpiya hərəkatı tarixində ilk dəfə şagirdlər arasında səsvermə keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanları təqdim olunub.

"Report"un məlumatına görə, Oyunların Təşkilat Komitəsi yanında Xüsusi Şura yapon animesi üslubunda göy və çəhrayı fiqurların seçildiyini bəyan edib. Şura ölkənin 16 mindən çox məktəbinin şagirdləri arasında 2017-ci il dekabrın 11-dən 2018-ci il fevralın 22-dək keçirdiyi səsvermənin nətəcələrinə əsaslanıb. Talismanın müəyyənləşdirilməsi üçün belə üsuldan olimpiya hərəkatı tarixində ilk dəfə istifadə olunub.

Ümumilikdə 2 minədək varianta səs verilib. Onlardan 3-ü final müsabiqəsi üçün seçilib.

Qeyd edək ki, "Tokio-2020" olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda keçiriləcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi