2019-cu il Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlanıb

2019-cu il Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlanıb Formula 1 üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib.
Fərdi
3 Oktyabr , 2019 12:28
2019-cu il Azərbaycan Qran-prisini izləyənlərin sayı açıqlanıb

"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Arpadarainin sözlərinə görə, bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir.

Qurum rəsmisi 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışdığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi