Yuxarı

​Yeni Yaşmadakı 50 meqavatlıq külək elektrik stansiyasının tikintisi başa çatdırılıb

Yeni stansiyadan alınan enerjinin gələn ildən “Azərenerji” sisteminə qoşulması nəzərdə tutulub

Bakı. 28 dekabr. REPORT.AZ/ Xızı rayonunun Yeni Yaşma ərazisində 50 meqavat gücündə külək elektrik stansiyasının tikintisi artıq başa çatdırılıb.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müşaviri Cəmil Məlikov məlumat verib. O bildirib ki, yeni stansiyadan alınan enerjinin gələn ildən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin enerji sisteminə qoşulması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi