Yuxarı
    Bağlamaq

    ​Yaxın Şərqdəki neft ixrac edən ölkələrdə postneft dövrünə keçid riski artıb

    BVF: Yaxın Şərq ölkələri son 10 ildə iqtisadi diversifikasiya şanslarını qaçırıblar

    Bakı. 25 aprel. REPORT.AZ/ Neft hasilatçısı ölkələrin neft qiymətlərində kəskin azalma nəticəsində planlaşdırdıqları postneft iqtisadi dövrünə keçid proqramı zəifləyən iqtisadi artım riski ilə üzləşib. 

    "Report" Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən bildirir ki, bu ölkələrdə dünyanın gənc əhalisinin ən yüksək işsizlik dərəcəsinin olması problemi dövlət xərclərini azaltmaq, bu da öz növbəsində neft ixracatçısı ölkələrin aşağı neft qiymətlərinə uyğunlaşmaları riskini artırıb. BVF-yə görə, Yaxın Şərq ölkələri son 10 ildə neft qiymətlərinin ortalama 100 dollardan baha olduğu dövrdə iqtisadiyyatlarını diversifikasiya etmə şanslarını qaçırıblar.

    Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, 2021-ci ilə qədər Yaxın Şərqdəki neft ixrac edən ölkələrin qeyri-neft sektorlarının inkişafı 3,5-4% olacaq ki, bu da son 10 ildəki orta hesabla 7,5% artımdan çox aşağıdır. BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müdiri Məsud Əhmədin sözlərinə görə, bu ölkələr 2021-ci ilə qədər 7 mln. yeni iş yeri açmalıdırlar. Bazar günü Dubayda açıqlama verən Məsud Əhməd adıçəkilən ölkələrdə iqtisadi artım tempinin azalmasını dövlət xərclərinin məhdudlaşdırılması ilə izah edib. O, əsas məsələnin özəl sektoru inkişaf etdirərək yeni iş yerlərinin açılması olduğunu və dövlət sektorunun artıq keçmişdəki kimi iş yerləri açmaqda çətinlik çəkdiyini qeyd edib. Bu ölkələrin ixracatçı şirkətləri yeni gəlir mənbələri axtarmaqla bərabər, əməkhaqlarını və kapital xərclərini azaltmaq qərarına gəliblər. 

    Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman "Bloomberg" agentliyinə müsahibəsində ölkəsinin qeyri-neft sektorunun gəlirlərini 2020-ci ilə qədər 100 mlrd. dollara çatdırmağı, subsidiyaları azaltmağı və ƏDV tətbiq etməyi düşündüklərini bildirib. Səudiyyə Ərəbistanı xərclərini azaltmaqla bərabər, 2015-ci ildə ÜDM-in 16%-ə qədər yüksələn büdcə kəsirini maliyyələşdirmək üçün istiqraz bazarına geri qayıdıb. Səudiyyə Ərəbistanı 2016-cı ildə büdcə kəsirinin ÜDM-ə nisbətini 13,5%-ə salmağı planlaşdırır. BVF-nin hesabatına əsasən, Səudiyyə Ərəbistanının büdcə tarazlığı 2015-ci ildə neftin barelinin 94,80 dollara bərabər olması halında mümkün idisə, 2016-cı ildə bu göstərici 66,70 dollara qədər geriləyib.

    Digər Yaxın Şərq ölkəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də 2015-ci ildə yanacağa tətbiq etdiyi subsidiyaları azaldıb. Əlcəzair isə son 20 ildə ilk dəfə daxili istiqraz bazarına yönələrək investisiyaları maliyyələşdirməyi planlaşdırıb. BVF-yə görə, Əlcəzair 2016-cı ildə ÜDM-nin 15%-i qədər büdcə kəsiri ilə üzləşəcək. 2000-2012- ci illər arasında isə Əlcəzairin büdcə profisiti orta hesabla 3,9% olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi