Yuxarı

Xüsusi razılıq tələb edilən fəaliyyət növlərinin sayı azaldılacaq

Bir sıra lisenziyaların ləğv edilməsi təklif olunacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin dünən keçirilmiş geniş kollegiya iclasında nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə də qərar qəbul edilib.

Qeyd edək ki, bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi