Yuxarı

​“Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda treninq keçirilib

Təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu” mövzusunda ilk təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib. 

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcək.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi