Yuxarı

Venesuelada inflyasiya 6 min faizi ötüb

Bakı. 13 mart. REPORT.AZ/ Venesuelada 2017-ci ilin fevral ayından 2018-ci ilin fevralına qədər toplanan inflyasiyanın səviyyəsi 6 min faizi ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının maliyyə üzrə komissiyası məlumat yayıb.

Hesabatda bildirilir ki, təkcə cari ilin fevral ayında inflyasiyanın səviyyəsi 80 faizə çatıb, 2017-ci ilin dekabrından cari ilin fevralına qədər isə 231 faizi ötüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi