Yuxarı

​Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

Yeni qurum sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərində  obyektivliyi təmin edəcək

Bakı. 11 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Komitədən "Report"a daxil olan məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfovun rəhbərlik etdiyi və altı üzvü olan Apellyasiya Şurasına komitənin strukturuna aid olan qurumların məsul əməkdaşları daxil edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi