Yuxarı

SOCAR rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Ümumilli liderin məzarı üzərinə çiçəklər düzülüb, ruhuna dualar oxunub
© Socar.az

Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-da Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) rəhbərliyi və onun kollektivinin təmsilçiləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Azərbaycan neft-qaz sənayesi işçiləri suveren dövlətimizin qurucusu və memarı, müstəqilliyin əbədiliyinin qarantına çevrilmiş, Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə çiçəklər düzüb, onun ruhuna dualar oxuyub, abidəsi önündə baş əyiblər”,- deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi