Yuxarı

​Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditini aparacaq şirkət məlum olub

PraysvoterhausKupers Audit Azərbaycan audit şirkəti kotirovka sorğusunun qalibi seçilib

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə hesabatlarının auditinin təşkili məqsədi ilə həyata keçirilən satınalma proseduru başa çatıb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş prosedurda "PraysvoterhausKupers Audit Azərbaycan" audit şirkəti kotirovka sorğusunun qalibi seçilib.

Qeyd edək ki, artıq 6 ildir İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi beynəlxalq audit şirkətləri tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi