Yuxarı
    Bağlamaq

    ​Rusiyanın ÜDM-i ilk rübdə azalıb

    Ekspertlər resessiyanın 2017-ci ildə bitəcəyini ehtimal edir

    Bakı. 17 may. REPORT.AZ/ Rusiyanın ÜDM-i 2016-cı ilin ilk rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 1,2% azalma göstərib. "Report" Rusiyanın Statistika Komitəsinə (Rosstat) istinadən xəbər verir ki, 2015-ci ilin son rübündə bu göstərici -3,8% təşkil edib.

    "Rosstat"ın hesabatı Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarını üstələyib. Belə ki, nazirlik ÜDM-in ilk rübdə 1,4% azalacağını ehtimal edib. "Reuters"in keçirdiyi sorğuda ekspertlər Rusiya ÜDM-nin 2016-cı ildə 1,5% azalacağını, 2017-ci ildə isə resessiyanın bitəcəyini proqnozlaşdırıblar.

    Qeyd edək ki, aprelin 6-da Dünya Bankı Rusiya iqtisadiyyatının 2016-cı ildə 1,9% geriləyəcəyini ehtimal edib. Daha əvvəl isə Dünya Bankı bu göstəricinin 0,7% olacağını proqnozlaşdırırdı. Xatırladaq ki, Rusiya iqtisadiyyatı 2015-ci ildə 3,7% geriləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi