Yuxarı

Rusiyada işsizlərin sayı artıb

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın məşğulluq orqanlarında rəsmi qeydiyyata alınan işsizlərin sayı bir həftə ərzində 0,9% artıb. 

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hazırda ölkədə rəsmi işsizlərin sayı 800 630 nəfərdir. Rusiyanın 78 regionunda onların sayında artım müşahidə olunur. 

Bununla belə, illik müqayisədə işsizlərin sayı azalıb. Bir il əvvəl isə rəsmi qeydiyyata alınmış işsizlərin sayı 927 380 nəfər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi