Yuxarı

Rusiyada 17 ildə ilk dəfə əhalinin xərcləri gəlirlərini üstələyib

Bu fərq 420 milyard rubl təşkil edib

Bakı. 10 fevral. REPORT.AZ/ 2015-ci ildə Rusiya vətəndaşlarının xərcləri gəlirlərini üstələyib. Bu göstəricilər arasında fərq 420 milyard rubl təşkil edib. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu rəqəmləri Rusiya Statistika Komitəsi və Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi (MTQPM) təqdim edib.

Qurumların qeyd etdiyi kimi, analoji vəziyyət sonuncu dəfə 1998-ci ildə müşahidə edilib.

Ölkə vətəndaşlarının daha da geriləməsinin əsas səbəbləri kimi əmtəə və xidmətlərin xərclərinin azalması, ev təsərrüfatlarının kreditlərinin tez şəkildə ödənilməsi, habelə əmanətlərə ayırmaların artması göstərilir. Məsələn, əmtəə və xidmətlərə çəkilən xərclərin payı 71,3%-ə (il ərzində 4 faiz bəndi) qədər azalıb. Bu, son üç ildə ən böyük azalma hesab edilir. Belə ki, 2014-cü ilin dekabr ayında rusiyalılar müxtəlif əmtəələrin alınmasına gəlirlərinin 52,4 faizini xərcləyiblər. Bu göstərici 2015-ci ilin analoji dövründə isə 45,6% olub.

Ötən ilin nəticələrinə görə, rusiyalılar kreditlərinin tam ödənilməsinə 5,7 mlrd. rubl (ödənişlərin faizi açıqlanmır) xərcləyib. Öz növbəsində, xarici valyutanın alış həcmi 12 mlrd. dollaradək azalıb (2014-cü ildə 40,7 mlrd.). Mütəxəssislər bunu əhalinin rubl mənbələrinin kəskin azalması ilə izah edirlər.

Bu il fevralın əvvəlində məlumat verilirdi ki, rusiyalıların vaxtı keçmiş borclarının (problemli kreditlərinin) həcmi 46% artaraq rekord artım göstərib (230 mlrd. rubla qədər). Rusiya Mərkəzi Bankının məlumatına görə, rusiyalılar maliyyə təşkilatlarına 10,27 trln. rubl borcludurlar. Bu məbləğin 1,1 trln.-u (10,71%) vaxtı keçmiş kreditlərdir (borc). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi