Yuxarı

​Rusiya Özbəkistanın ona olan borcunun 95%-ni ləğv edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiya və Özbəkistan qarşılıqlı maliyyə tələbləri və öhdəliklərinin nizamlanması haqqında saziş ...

Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiya və Özbəkistan qarşılıqlı maliyyə tələbləri və öhdəliklərinin nizamlanması haqqında saziş imzalayıb.

"Report" xəbər verir ki, sənədə Rusiyanın maliyyə naziri Anton Siluanov və baş nazirin birinci müavini, Özbəkistanın maliyyə naziri Rüstəm Əzimov imza atıb.

Saziş Rusiyanın Özbəkistanın ona olan ümumi borcunun 865 milyon dollarının silinməsini nəzərdə tutur. Bundan əvvəl isə, borcun silinməsi haqqında saziş layihəsi Rusiya hökuməti tərəfindən təsdiq edilmişdi.

"Ümumi borc 890 mln. dollar təşkil edir ki, bunun 500 mln. dolları əsas borcun özəyidir. Özbəkistan tərəfi bunun 25 mln. dollarını bizə ödəyəcək, qalan hissə dövlət borcunun (Özbəkistanın, - red.) yüngülləşdirilməsinə gedəcək", — deyə Siluanov bildirib.

Qeyd edək ki, dekabrın 10-da Rusiya prezidenti Vladimir Putin Özbəkistan paytaxtında respublika rəhbəri İslam Kərimovla danışıqlar aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi