Yuxarı
    Bağlamaq

    ​Rusiya fevralın 1-dən etibarən buğdaya ixrac rüsumu tətbiq edib

    Rüsum həcmi malın gömrük dəyərinin 15%-ni təşkil edəcək

    Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya bu gündən etibarən buğdaya ixrac rüsumu tətbiq edir. Rüsum həcmi malın gömrük dəyərinin 15%-i, üstəgəl 7,5 evro olacaq. Lakin rüsum bir tona görə, 35 avrodan az olmamalıdır.

    "Report" xəbər verir ki, hökumətin müvafiq qərarı ötən ilin dekabrında imzalanıb.

    İxrac rüsumu cari ilin ortalarınadək qüvvədə olacaq.

    Federasiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, bu addım qiymətlərin son aylar əhəmiyyətli dərəcədə artdığı daxili taxıl bazarında vəziyyəti stabilləşdirmək üçün atılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi