Yuxarı

​Rusiya böhrandan əhalinin real gəlirlərini azaldaraq çıxmağı düşünür

Yoxsulluq səviyyəsinin 14%-dək artması ehtimal edilir

Bakı. 10 may. REPORT.AZ/ Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) böhrandan çıxış dövrü ərzində əhalinin real gəlirlərini azaldaraq, investisiyaların artırılması üçün korporativ gəlirləri artırmağı planlaşdırdığını bildirib. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, nazirlik 2016-cı ildə əhalinin real gəlirlərini 2,8%, 2017-ci ildə 0,3% azaltmaq qərarına gəlib.

Rusiya İİN irəli sürdüyü iqtisadi layihədə 2016-2017-ci illərdə əmək haqlarının məhdudlaşdırılması və 2018-2019-cu illərdə bunu kompensasiya etməyi düşünür. Bundan başqa, pensiyaların 2016-cı ildə 4,8%, 2017-ci ildə isə 2% real olaraq azaldılması nəzərdə tutulub.

Nazirliyin hesablamalarına görə layihə həyata keçirilsə, 2015-ci ildə 13,1% olan yoxsulluq səviyyəsi 2017-ci ilin sonuna 13,7%-ə yüksələcək. 2018-ci ildə isə bu göstərici 13,9% ilə pik həddinə çatdıqdan sonra 2019-cu ildə real gəlirlərin və yoxsulluq səviyyəsinin 2015-ci il səviyyəsinə geri qaytarılması planlaşdırılıb.

Bununla bərabər, əhalinin real gəlirlərinin azalması investisiyaların artması ilə müşahidə olunacaq. Belə ki, korporativ gəlirlərin artması 2017-ci ildə investisiyaları 3,8%-dən 2019-cu ilə qədər 7,1%-ə qədər artması nəzərdə tutulub. Bu dövr ərzində investisiyaların həcminin ÜDM-nin 24,1%-nə çatması gözlənilir. İqtisadi artım tempinin əsaslı şəkildə 2019-cu ildə 4,5% artması ehtimal edilib. İİN-ə görə, 2017-ci ilə qədər iqtisadiyyatda durğunluq qaçılmazdır. Layihədə 2019-cu ilə qədər neftin barelinin orta illik qiyməti 40 dollar götürülüb. Layihədə həmçinin özəl sektorla bərabər, dövlət investisiyalarının da məqsədyönlü davam edəcəyinin planlaşdırıldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi