Yuxarı
    Bağlamaq

    Robert Sekuta: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

    ABŞ və Avropa arasındakı məsləhətləşmələr zamanı Avropanın enerji təhlükəsizliyinin artırılmasında Azərbaycanın rolu xüsusi qeyd edilib

    Bakı. 6 may. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

    Onun sözlərinə görə, bu yaxınlarda ABŞ və Avropa arasında enerji təhlükəsizliyi üzrə məsləhətləşmələr aparılıb: "Bu məsləhətləşmələr zamanı Avropaya enerji çatdırılmasının diversifikasiyası məsələsi qaldırılıb və bu məsələdə Avropanın enerji təhlükəsizliyinin artırılmasına şərait yaradan Azərbaycanın rolu xüsusi vurğulanıb".

    Səfir Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının ABŞ və Azərbaycan arasında müzakirələrin və ümumilikdə Avropanın enerji təhlükəsizliyi məsələsinin əsas mövzularından biri olduğunu qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi