Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan Türkmənistan limanlarından Azərbaycana maye neft yüklərinin nəqlinə başlayıb

    Nəqlin Kazmortransflotun Almatı və Aktobe tankerləri vasitəsi ilə həyata keçirilməsi planlaşdırılır

    Bakı. 7 yanvar. REPORT.AZ/ Qazaxıstanın "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti 1 yanvar 2015-ci il tarixindən Türkmənistan limanlarından Mahaçqala (Rusiya) və Bakı (Azərbaycan) limanlarına maye neft yüklərinin nəqlinə start verib.

    "Report" şirkətin saytına istinadən xəbər verir ki, nəqlin "Kazmortransflot"un "Almatı" və "Aktobe" tankerləri vasitəsi ilə həyata keçirilməsi planlaşdırılır.

    "Aktobe" tankeri yanvarın 1-də xam neftin yüklənməsi üçün Alaca limanına yanaşdırılıb.

    Türkmənistan limanlarından neft nəqli "Kazmortransflot" şirkətinin biznesin şaxələndirilməsi strategiyası sayəsində mümkün olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi