Yuxarı

​Qazaxıstan Azərbaycana 416,8 min ton buğda ixrac edib

İdxal 2014-cü ilin yanvar-noyabr aylarında həyata keçirilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstan 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 416,8 min ton buğda ixrac edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Gömrük Nəzarət Komitəsinin məlumatında bildirilir.

Qazaxıstan 2014-cü ilin yanvar-noyabrda ümumilikdə 3539,8 min ton buğda, buğda qarışığı və çovdar ixrac edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 4,1% çoxdur.

Məlumata görə, göstərilən dövr ərzində Azərbaycan Qazaxıstandan, həmçinin10,3 min ton arpa idxal edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi