Yuxarı

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Report xəbər verir ki, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi