Yuxarı

​Panayotis Lafazanis: "Yunanıstan Azərbaycanla münasibətlərin səviyyəsinin artmasına və möhkəmlənməsinə çalışır"

Yunanıstan hökuməti Transadriatik qaz kəmərinin tikintisini dəstəkləyir

Bakı. 4 fevral. REPORT.AZ/ Yunanıstan hökuməti Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisini dəstəkləyir, lakin təbii qazın Yunanıstan ərazisindən tranzitindən kifayət qədər fayda ala biləcəyini hesab etmir.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın yeni istehsalat islahatları, ətraf mühtin qorunması və energetika naziri Panayotis Lafazanis bildirib.

"Bizim Transadriatik qaz kəmərinin Yunanıstanın maraqlarına aid olan tranzit şərtləri ilə bağlı şübhələrimiz var. Biz həmişə boru kəmərinin Yunanıstan ərazisindən keçməsini istəmişik. Biz TAP-ı və onun bizim ərazidən keçməsini dəstəkləyirik, bu, ölkənin xeyrinə olacaq, çünki bu, enerji təhlükəsizliyinin təminatına və geniş Avropa regionunda enerji daşıyıcılarının çatışmasına kömək olacaq", - deyə nazir qeyd edib.

Lafazanisin sözlərinə görə, hökumət TAP-dan Yunanıstan və Azərbaycan üçün gələcək faydanın yaxşılaşdırılmasına səy göstərəcək.

"Ən yaxşı nəticənin əldə olunması məqsədi ilə müzakirələr aparılacaq", - deyə məmur bidirib və əlavə edib ki, hökumət "Azərbaycanla bütün sahələrdə münasibətlərin səviyyəsinin artmasına və möhkəmlənməsinə çalışır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi