Yuxarı

​2014-cü ildə Azərbaycanla Gürcüstan arasında xarici ticarət dövriyyəsi 1 182 mln. dollar təşkil edib

Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olan ölkələr arasında ikinci yeri tutub

Bakı. 24 yanvar. REPORT.AZ/ 2014-cü il ərzində Gürcüstanla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 1 182 milyon dollar (ümumi xarici ticarət dövriyyəsinin 10,3%-i) təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 11,3% azdır.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında bildirilir.

Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olan ölkələr arasında ikinci yeri tutub. Siyahının birinci yerində Türkiyə, üçüncü yerində isə Rusiya qərarlaşıb.

2014-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 11 457 mln. dollar təşkil edib ki, bu da, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi