Yuxarı

OPEK neft hasilatını azaltmamaq qərarına gəlib

Təşkilat neftin hasilat kvotasını sutkada 30 milyon barel səviyyəsində saxlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ OPEK bu gün Vyanada keçirilən görüşdə neftin hasilat kvotasını azaltmamaq haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, beləliklə OPEK neftin hasilat kvotasını sutkada 30 milyon barel səviyyəsində saxlayacağını bəyan edib.

Görüşün yekununda qəbul olunan rəsmi sənəddə bildirilir:

"Qlobal iqtisadi artıma əngəl olmayan və eyni zamanda istehsalçılara kifayət qədər mənfəət əldə etmək və gələcək tələbatın ödənməsinə sərmayə yatırmağa imkan verən stabil qiymətlər qlobal iqtisadiyyatın sabitliyi üçün həyati əhəmiyyətə malikdir. Məhz bu səbəbdən OPEK sutkada 30 mln. barelə bərabər olan hasilat səviyyəsini azaltmamaq qərarına gəldi".

OPEK-in bu qərarından sonra "Brent" markalı neftin qiyməti London birjalarında bir barelə görə 75 dollardan aşağı düşüb.

OPEK nazirləri növbəti dəfə 2015-ci ilin iyununda toplaşacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi