Yuxarı
    Bağlamaq

    ​OPEC-ə ilk dəfə olaraq qadın rəhbərlik edəcək

    O, bir il müddətində baş katib vəzifəsini icra edəcək

    Bakı. 27 noyabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sədri, Liviya baş nazirinin müavini Əbdürrəhman Əxtar əl-Əxiriş öz vəzivəsini Nigeriyanın neft ehtiyatları naziri xanım Dizani Elison-Maduekeyə təhvil verib.

    "Report" xəbər verir ki, bu barədə OPEC-dəki mənbələrinə istinadən "Bloomberg" nəşri məlumat yayıb.

    O, bir il müddətində baş katib vəzifəsini icra edəcək.

    Dizani Elison-Madueke OPEC-in baş katibi vəzifəsinə namizəd qismində cari ilin iyun ayında təklif olunub.

    Qeyd edək ki, bu gün Vyanada OPEC-in növbəti konfransı işə başlayıb. Görüş sayca 166-cıdır.

    Konfransda OPEC üzvü olan 12 ölkə və üzvlük statusu olmayan Rusiya iştirak edir. Rəsmi Moskvanın açıqladığı məlumata görə, Rusiya OPEC-dən neft hasilatını aşağı salmağı xahiş edəcək. Artıq bununla bağlı OPEC üzvü Venesuela ilə də danışıqlar aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi