Yuxarı

Nazir: "Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsi üçün daha münbit imkanlar mövcuddur"

Biz İranda fəaliyyət işində macarlara bələdçilik edə, onlarla birgə fəaliyyət göstərə bilərik

Bakı. 6 mart. REPORT. AZ/ Azərbaycan və Macarıstan arasında siyasi əlaqələr strateji səviyyədədir. İki ölkə arasında ticarət əlaqələri inkişaf edir. Amma bu əlaqələrin genişlənməsi üçün daha münbit imkanlar mövcuddur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan - Macarıstan biznes forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Azərbaycan və Macarıstanın enerji, infrastruktur, su təchizatı, kənd təsərrüfarı, turizm, habelə tibb sahəsində ixtisaslaşan şirkətlərinin birgə əməkdaşlığı barədə məlumat verən Ş. Mustafayev qeyd edib ki, hazırda Macarıstana məxsus 135 adda dərman məhsulu dövlət qeydiyyatından keçərək Azərbaycan bazarında reallaşdırılır.

"Bu gün iki ölkənin 4 şirkəti arasında əməkdaşlıq sahəsində memorandum imzalanması nəzərdə tutulub. Həmçinin turizm sahəsində də hökumətlərarası razılaşma əsasında Macarıstanın "Wizzair" aviaşirkəti martın 27-də Bakı-Budapeşt-Bakı aviareyslərinin birbaşa uçuşlarını həyata keçirməyə başlayacaq. Əldə etdiyimiz məlumata görə, artıq bütün biletlər satılıb", - deyə Ş. Mustafayev qeyd edib.

Nazir Macarıstanla birgə üçüncü ölkələr arasında əməkdaşlığın da nəzərdə tutulduğunu qeyd edib:

"Məlumdur ki, İran üzərindən sanksiyalar götürülür. Azərbaycanın İranla yaxşı münasibətləri var və azərbaycanlı iş adamları İranda fəaliyyət göstərirlər, İrandakı vəziyyəti yaxşı bilirlər. Biz bu işdə macarlara bələdçilik edə bilərik, onlarla birgə fəaliyyət göstərə bilərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi