Yuxarı

Natiq Əmirov: "Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək əzmindəyik"

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi: İqtisadi  inkişafın Azərbaycan modelini daha da inkişaf etdirəcəyik

Bakı. 11 mart. REPORT.AZ/ "Ölkə başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq strateji "yol xəritəsi"nin icrası nəticəsində sahibkarlarla birgə iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni modelini, Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

"Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək əzmindəyik. Yəqin ki, yaxın gələcəkdə bunun şahidi olacağıq", - deyə N.Əmirov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi