Yuxarı

Azərbaycandan MDB ölkələrinə ixrac kəskin azalıb

MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 19% artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ 2014-cü ildə Azərbaycandan MDB ölkələrinə ixrac əməliyyatlarınnı həcmi illik 44,5% azalaraq 838,1 mln. dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə MDB ölkələrindən Azərbaycana idxal həcmində də azalma müşahidə edilib. İdxalın həcmi 18,4% azalaraq 2,083 mlrd. dollar olub. Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 19,3% artaraq 1, 245 mlrd. dollar təşkil edib.

MDB ölkələrinə ixracın 640,3 mln. dolları və ya 76,4%-ni, idxalın isə 63,1%-i və ya 1,315 mlrd. dolları Rusiya Federasiyası ilə ticarət əməliyyatları əhatə edib. Ötən il ərzində Rusiyaya ixracda illik 40,6%, idxalda isə 12,7% azalma müşahidə edilib.

Qeyd edək ki, 2014-cü ildə 150 ölkə ilə ticarət edən Azərbaycanın ticarət dövriyyəsi illik 10,58% azalaraq 31,016 mlrd. ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollar həcmində müsbət saldo yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi